Pakistan avtobusların kralı olaraq xarakterizə edilən "First Class Triple Decker Sleeper Limousine Plus"ı təqdim etdi.

İndex.az xəbər verir ki, bu avtobus dünyada iki mərtəbəli çarpayılı yeganə üçmərtəbəli avtobusdur.

Birinci mərtəbədə ayrıca qapıları olan altı VIP oturacaq var. Bu lüks otaqlarda sərnişinləri son dərəcə rahat divan çarpayı, stereo televizor, arxa işıqlı salon, soyuducu, iş masası və hətta sürücü ilə ünsiyyət üçün telefon gözləyir. Onu da qeyd edək ki, avtobusdakı bu təcrübə "Emirates" hava yollarının biznes klassında uçuşla müqayisə edilir.

İkinci və üçüncü mərtəbələrdə eyni dərəcədə dəbdəbəli oturacaqlar var. Onlar sadəcə daha ucuzdur və siz başqa sərnişinlərlə oturmalısınız. Bununla belə, pərdə ilə özünüzü yad gözlərdən qorumaq şansınız var. Avtobusda hətta mətbəxi olan mini bar da var. Yemək bişirmək kimi işlər avtobusun arxasında aparılır və bu yeməklər daha sonra qonaqlara çatdırılır.

Unikal texno avtobus olan "First Class Triple Decker Sleeper Limousine Plus" Pakistanın paytaxtı İslamabaddan Kvetta şəhərinə gedir və "Google Maps"ə görə səyahət 10-12 saat çəkir.