AnTuTu bençmarkının tərtibatçıları qlobal bazarda flaqman “Android” smartfonlarının mart ayı üçün reytinqini dərc ediblər.

İndex.az gizchina.com saytına istinadən xəbər verir ki, flaqman smartfonlar kateqoriyasında ilk üçlük oyun üçün nəzərdə tutulan “Red Magic 8 Pro+”, “Vivo X90 Pro+” və “Xiaomi 13 Pro” olub. Baza “Xiaomi 13” smartfonu 4-cü yeri tutub.

Onların ardınca müvafiq olaraq 5, 6 və 7-ci yerləri tutan “Samsung Galaxy S23 Ultra”, “S23+” və “S23 gəlir”. Bütün bu qurğular və 8-ci yerdə olan “OnePlus 11” ən müasir “Snapdragon 8 Gen 2” çipi ilə təchiz edilib.

Eyni zamanda siyahıya müvafiq olaraq 9-cu və 10-cu yerləri tutan “Xiaomi 12T Pro” və “12 Pro” modelləri də daxil edilib. Onlar da öz növbəsində əvvəlki nəslin - müvafiq olaraq “Snapdragon 8+ Gen 1” və “8 Gen 1” çipi üzərində işləyirlər.

Ən yaxşı sub-flaqman həlləri “iQoo Neo7”, “Vivo V27 Pro” və “Xiaomi 12T” idi. Dördüncü və beşinci yerlər “Realme GT Neo3” və “Poco X4 GT” arasında bölüşdürülüb. Onları “Redmi K50i”, “Redmi Note 11T Pro”, “Realme GT Neo2”, “iQoo Neo6” və “Realme GT Neo3T” izləyir.