Fransanın "L'Oreal" şirkəti dördüncü ildir ki, dünyanın ən qiymətli kosmetika istehsalı ilə məşğul olan brendlərinin reytinqinə başçılıq edir.
İndex.az xəbər verir ki, bu barədə "Brand Finance"nin məlumatında deyilir.
Məlumata görə, son bir ildə brendin dəyəri 7,2% artaraq 12,03 milyard dollara çatıb.
ABŞ-ın “Estee Lauder” şirkəti demək olar ki, 10% (7,15 milyard dollara qədər) azalsa da, ikinci yerdə qalıb.
Almaniyanın “Beiersdorf” şirkətinə məxsus “Nivea” brendi ABŞ-ın “Procter & Gamble Co.”ya məxsus “Gilette” brendini dördüncü pilləyə itələyərək üçüncü pilləyə yüksəlib. Eyni zamanda, hər iki brendin dəyəri - müvafiq olaraq 2,8% (6,62 milyard dollara qədər) və 4,8% (6,58 milyard dollar) azalıb.
İlk onluğa həmçinin “Dove” (6,47 milyard dollar), “Guerlain” (6,31 milyard dollar), “Lancome” (5,2 milyard dollar), “Clinique” (4,83 milyard dollar), “Pantene” (4,64 milyard dollar) və “Garnier” (4,1 milyard dollar) brendləridaxildir.
Ən sürətlə böyüyən brend Çinin “Chando” brendi olub. Onun dəyəri bir il ərzində 36% artaraq 1,3 milyard dollara çatıb. İndi o, reytinqdə 32-ci yeri tutur.
