“Forbes” nəşri dünyanın ən bahalı idman klublarının adlarını açıqlayıb.

İndex.az xəbər verir ki, 50 klubun yer aldığı siyahıya 7 futbol komandası düşüb.

Maraqlıdır ki, siyahının 60 faizi Milli Futbol Liqasının (NFL) təmsilçilərindən ibarətdir. “50-lik”də həmçinin Milli Basketbol Assosiasiyası (NBA), “Formula 1” və Beysbol Liqasının (MLB) klubları da var.

Futbol klublarından yalnız “Real” (İspaniya - 6,07 milyard dollarla 11-ci), “Mançester Yunayted” (İngiltərə - 6 milyard dollarla 13-cü), “Barselona” (İspaniya - 5,508 milyard dollarla 18-ci), “Liverpul” (İngiltərə - 5,288 milyard dollarla 20-ci), “Mançester Siti” (İngiltərə - 4,99 milyard dollarla 23-cü), “Bavariya” (Almaniya - 4,86 milyard dollarla 24-cü) və PSJ (Fransa - 4,21 milyard dollarla 36-cı) siyahıya düşüblər.

Ən bahalı 10 idman klubu:

 

  1. “Dallas Kovboys” (NFL) – 9 milyard dollar.

 

  1. “Nyu-York Yankis” (MLB) – 7,1 milyard dollar.

 

3-4. Qolden Steyt Uorriors” (NBA) – 7 milyard dollar.

 

“Nyu-İnqlend Petriots” (NFL) – 7 milyard dollar.

 

  1. “Los-Anceles Rems” (NFL) – 6,9 milyard dollar.

 

  1. “Nyu-York Cayents” (NFL) – 6,8 milyard dollar

 

  1. “Çikaqo Bearz” (NFL) – 6,3 milyard dollar.

 

  1. “Las-Veqas Reyders” (NFL) – 6,2 milyard dollar.

 

9-10. “Nyu-York Niks” (NBA) – 6,1 milyard dollar.

 

“Nyu-York Cets” (NFL) – 6,1 milyard dollar.

 

Report