TEMPO (Troposfer Emissiyaları: Çirklənmənin Monitorinqi) kosmik gəmisi havanın çirklənməsini izləmək üçün 2023-cü ilin aprelində buraxılıb.

İndex.az xəbər verir ki, Ekvatordan 35 min kilometr yüksəklikdəki orbitindən Yeri müşahidə edə bilən kosmik gəmidən ilk hesabat gəlib.

Hava keyfiyyətini yüksək ayırdetmə ilə ölçə bilən TEMPO qısa müddət ərzində baş verən dəyişiklikləri də paylaşa bilir. Bu yolla elm adamları havanın çirklənməsinə təsir edən faktorlar, məsələn, pik saatlarda nəqliyyatın tüstüsü və ya meşə yanğınları haqqında daha ətraflı məlumat əldə edə biləcəklər.

Avqustun 2-də çəkilmiş bu görüntülər havada azot dioksidin miqdarını göstərir. Paylaşılan görüntülərdə daha qaranlıq hissələr bu bölgələrdə havanın çirklənməsinin daha çox olduğunu göstərir. Buna uyğun olaraq Los-Ancelesdə havanın günorta saatlarında daha çox çirkləndiyi aydın görünür.

Bu ilkin məlumatlar atmosfer qazları tərəfindən işığın hansı dalğa uzunluqlarının udulduğunu hesablamaqla çirklənməni ölçən spektrometr olan TEMPO alətinin kalibrləmə prosesinin bir hissəsi kimi toplanıb. Bundan sonra peyk gündüz saatlarında Kanadanın mərkəzində, ABŞ-da və Mexikoda hər saat skan edəcək və məlumatları alimlərlə bölüşəcək.