"World Aquatics" (keçmiş Beynəlxalq Üzgüçülük Federasiyası) Berlində keçirilən dünya çempionatında trans idmançıların da yarışa bilməsi üçün yeni kateqoriya açır.
İndex.az xəbər verir ki, keçən il federasiya kişi cinsi yetkinliyinin istənilən mərhələsini keçmiş trans idmançılara qadın kateqoriyalarında yarışmağı qadağan etdi.
Açılacaq yeni kateqoriya 50 və 100 metrdə bütün üzgüçülük növlərini əhatə edir.
"World Aquatics"in bəyanatında deyilir: "Bu addım bizim müxtəlifliyə və bütün cinslərə və cinsi kimliklərə açıqlığa münasibətimizin təzahürüdür".
