"Azərbaycan Dəmir Yolları” QSC-nin bütün strukturları qarşıdan gələn bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

İndex.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, artan sərnişin tələbatı nəzərə alınaraq 8-12 noyabrda Bakı–Ağstafa–Bakı istiqamətində axşam və səhər reysləri əlavə edilir, Bakı–Qəbələ–Bakı istiqaməti üzrə qatarlar hər gün hərəkət edəcək.

Abşeron dairəvi marşrutu isə qeyri-iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək.

Həmçinin Ucar sakinləri də bayram günlərində Bakı–Ağstafa–Bakı marşrutundan istifadə etməklə təhlükəsiz mənzil başına çatacaq.