Fransanın “Renault Group” avtomobil istehsalçısı konserni Avropa bazarında “Jeep” markasına rəqib yaratmağı planlaşdırır.

İndex.az xəbər verir ki, bu barədə motor1.com nəşri məlumat yayıb.

Fransa avtomobil istehsalçısının baş konstruktoru Lourens van den Akerin fikrincə, “Jeep”in Avropada ciddi rəqibi yoxdur: “Bunun üçün də bu şirkətə qarşı “Dacia” rəqib ola bilər. Bu, açıq havada istirahət etməyi  sevən insanlar üçün çox uyğun olan bir markadır”.

Yeni konsept çərçivəsində ilk modelin 2024-cü ildə buraxılması planlaşdırılan yeni “Dacia Duster” olacaq. Şirkət daha sonra daha böyük “Bigster” modelini buraxacaq.

Bununla belə, şirkət öz avtomobillərini premium seqmentə köçürmək niyyətində deyil.