"Coinbase" Hindistandakı xidmətlərini dayandırdığı xəbərindən sonra açıqlama verdi.
İndex.az xəbər verir ki, Birjadan verilən açıqlamada bildirişin bütün Hindistanlı müştərilər üçün nəzərdə tutulmadığı bildirilib.
Açıqlamada bildirilib ki, qərar birja standartlarını pozanlara qarşı yönəlib.
Qeyd edək ki, "TechCrunch", "Coinbase India" istifadəçilərinə e-poçt vasitəsilə bütün xidmətlərin sentyabrın 25-dək dayandırılacağını bildirib. Bildirilib ki, bu xidmətlər üzrə yenilənmiş standartlara uyğun gəlməyən fərdi hesablar ləğv ediləcək. Birja yenilənmiş standartları pozan hesabların qərardan təsirləndiyini bildirib.
