Nitqin tanınması texnologiyalarının yaradılması üzrə ixtisaslaşan Çinin “iFlytek” şirkəti ChatGPT çat botuna rəqib olan öz generativ süni intellekt modelini təqdim edib.
İndex.az xarici mətbuata istinadən xəbər verir ki, şirkətin rəhbəri Liu Qingfeng keçən şənbə günü təqdimatında “SparkDesk” adlandırılan modelin Çin anlayışında ChatGPT-dən üstün olduğunu və bu ilin oktyabr ayının sonuna qədər "İngilis dilini anlamada müqayisə edilə biləcəyini" söyləyib.
- Qingfeng bildirib ki, şirkət dil tanınmasında ölkədə sınaqdan keçirilən digər oxşar sistemləri "əhəmiyyətli dərəcədə qabaqlayır".
"ChatGPT ilə müqayisədə kiçik fərqlər qalır və biz “SparkDesk”i daim təkmilləşdirmək prosesindəyik", deyə “iFlytek Market Watch” şirkətinin rəhbəri bildirib.
“Huatai Securities” şirkətinin ekspertləri qeyd ediblər ki, “SparkDesk” uzun mətnlər yaratmaq və dili anlamaq kimi süni intellekt modelinin əsas funksiyalarını yerinə yetirməkdə yaxşı işləyir.
