Çinin “Great Wall Motor” (GWM) ən iri yolsuzluq avtomobilləri və pikap istehsalçısı şirkəti 2023-cü ildə gəlirini 26% artıraraq 173,4 milyard yuana (24,2 milyard dollar) çatdırıb.
İndex.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkətin ilkin hesabatında deyilir.
Eyni zamanda, GWM-nin xalis mənfəəti, xüsusilə valyuta məzənnəsinin əlverişsiz dəyişməsi səbəbindən 15% azalaraq 7,01 milyard yuana düşüb.
“China Securities Journal” yazır ki, ötən il şirkətin avtomobillərinin satışı 15,3% artaraq 1,2 milyon ədədi keçib. Bununla belə, ekspertlər bu rəqəmin 1,6 milyon avtomobil olacağını gözləyirdilər.
GWM-in ilkin məlumatlarına görə, şirkətin dördüncü rübdəki mənfəəti, əsasən, illik bonusların ödənilməsi xərclərinə görə üçüncü rübdəkindən aşağı olub.
