Malayziya, İndoneziya və Filippin Çinin mübahisəli ərazilərə sahib olduğunu iddia edərək, yeni xəritəyə reaksiya verib.

İndex.az xəbər verir ki, Çin Təbii Sərvətlər Nazirliyinin avqustun 28-də açıqladığı xəritədə Cənubi Çin dənizinə Malayziya, Vyetnam, Filippin və Bruneyin iddia etdiyi mübahisəli ərazilər, habelə Hindistan ərazisinin bir hissəsi daxildir.

"The Star" xəbər agentliyinin məlumatına görə, Malayziyanın xarici işlər naziri Zambri Əbdül Kadir Cənubi Çin dənizi və Malayziyanın Sabah və Saravak əyalətlərinin dəniz əraziləri ilə bağlı iddialarına görə Çinə etiraz notası göndəriləcəyini açıqlayıb.

BBC İndoneziya xəbərinə görə, İndoneziya Xarici İşlər Nazirliyinin sözçüsü Teuku Faizasyah Çinlə təmasda olduqlarını və ölkəsinin Pekindəki səfirliyi vasitəsilə məsələni müzakirə edəcəklərini bildirib.