Dünyanın ən böyük iqtisadiyyatına malik Çinin valyuta ehtiyatları aprel ayında 21 milyard dollar artaraq bir ay əvvəlki 3,184 trilyon dollardan 3,205 trilyon dollara yüksəlib.

İndex.az xəbər verir ki, bu barədə çinin Xarici Valyuta üzrə Dövlət İdarəsinin (SAFE) məlumatında deyilir.

Məlumata görə, analitiklər orta hesabla ölkənin valyuta ehtiyatlarında 3,192 trilyon dollara qədər artım proqnozlaşdırırdılar.

Aprel ayının ehtiyat səviyyəsi 2022-ci ilin fevral ayından bəri ən yüksək səviyyədir.

Ötən ay Çinin milli valyutası olan yuan ABŞ milli valyutası qarşısında 0,63% ucuzlaşıb. Bu arada dollar əsas dünya valyutaları səbəti qarşısında 0,94% dəyər itirib.

Aprelin sonunda Çinin qızıl ehtiyatları bir ay əvvəlki 66,5 milyon unsiyadan 66,76 milyon unsiya təşkil edib. Eyni zamanda, dəyər baxımından onlar 131,65 milyard dollara qarşı 132,25 milyard dollara yüksəlib.