Dünyanın ən böyük valyuta ehtiyatı olan Çinin valyuta ehtiyatları fevralda 0,2% artaraq 3,226 trilyon dollara çatıb.
İndex.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Valyuta Nəzarəti İdarəsi (SAFE) bildirib.
“Trading Economics” nəşrinin məlumatına görə, analitiklər orta hesabla 3,205 trilyon dollara qədər azalma proqnozlaşdırmışdılar.
Fevralda yuanın məzənnəsi ABŞ milli valyutasına nisbətdə 0,25% ucuzlaşıb. Bu arada dollar əsas dünya valyutaları səbətinə nisbətən 0,6% bahalaşıb.
Çinin qızıl ehtiyatları ötən ayın sonunda yanvardakı 72,19 milyon unsiya ilə müqayisədə 72,58 milyon unsiyaya yüksəlib. Göstərici ardıcıl on altıncı ay artıb.
Dəyər baxımından qızıl ehtiyatları 148,23 milyard dollardan 148,64 milyard dollara yüksəlib.
