Dünyanın ən böyük valyuta ehtiyatları olan Çinin ehtiyatları yanvarda azalaraq 3 trilyon 219,32 milyard dollar təşkil edib.
İndex.az xəbər verir ki, bu barədə ölkənin Çinin Dövlət Valyuta Administrasiyasının (SAFE) bəyanatında deyilir.
Bildirilib ki, bu, əvvəlki ayla müqayisədə 18,7 milyard dollar (0,6%) azdır.
Dekabrdakı 3 trilyon 237,98 milyard dollar dəyərində olan valyuta həcmləri son iki ilin ən yüksək həddi olub.
“Trading Economics”in hesablamalarına əsasən, analitiklər orta hesabla 3,217 trilyon dollara qədər azalma proqnozlaşdırıblar.
Yanvarda Çin valyutası olan yuanın məzənnəsi ABŞ milli valyutası qarşısında 0,1% ucuzlaşıb. Bu arada, dollar əsas dünya valyutaları səbətinə qarşı 2,2% bahalaşıb.
Çində qızıl ehtiyatları ötən ayın sonunda dekabrda 71,87 milyon unsiya ilə müqayisədə 72,19 milyon unsiyaya yüksəlib. Göstərici ardıcıl on beşinci ay artıb. Dəyər baxımından qızıl ehtiyatları dəyişməyərək 148,23 milyard dollar səviyyəsində qalıb.
