Avqust ayı üçün Çinin valyuta ehtiyatları 3 trilyon 160 milyard 100 milyon dollar olaraq açıqlanıb.
İndex.az xəbər verir ki, Çin Dövlət Valyuta Administrasiyasının açıqladığı məlumatlara görə, avqustun sonuna ölkənin valyuta ehtiyatları ötən ayla müqayisədə 1,38 faiz azalaraq 3 trilyon 160 milyard 100 milyon dollar olub.
