Çində dövlət qulluqçularına "iPhone"dan istifadənin qadağan edilməsi xəbərindən sonra "Apple"in səhmləri ikinci ticarət günündə dəyər itirib.

İndex.az xəbər verir ki, səhmlərdəki eniş 6 faizi keçərkən, şirkətin bazar dəyəri təxminən 200 milyard dollar azaldı.

Qeyd edək ki, texnologiya nəhənginin üçüncü ən böyük bazarı olan Çindəki dövriyyəsi onun qlobal dövriyyəsinin 18 faizini təşkil edir. "Apple" məhsullarının əksəriyyəti bu ölkədə istehsal olunur.