Çinin Şanxay şəhərində yerləşən “CellX şirkəti süni ətin pilot istehsalına başlayıb.
İndex.az xəbər verir ki, bu barədə “South China Morning Post” nəşri yazır.
Məlumata görə, ət 2000 litrlik bioreaktorda yetişdiriləcək. Uğurlu olarsa, istehsalın genişləndirilməsi planlaşdırılır və gələcəkdə süni ətin maya dəyəri bir kiloqram üçün 100 dollardan aşağı düşə bilər.
Şirkətin nümayəndələri bu ölkələrə süni ətin tədarükünü təşkil etmək üçün ABŞ və Sinqapura müraciət etmək niyyətindədirlər.
Qeyd edək ki, hazırda süni ətin satışına yalnız Sinqapur və ABŞ-da icazə verilir.
Süni ət istehsalı zavodunun açılmasında məqsəd alternativ heyvan zülalı vasitəsilə 1,4 milyard insanın ərzaq təhlükəsizliyini təmin etməkdir.
