Çin Xalq Bankı (PBOC) çərşənbə axşamı gözlənilmədən üç ayda ikinci dəfə siyasət faizlərini endirdi.
İndex.az xəbər verir ki, Çin Xalq Bankı, 401 milyard yuan (55,25 milyard dollar) dəyərində bir illik orta müddətli kreditləşmə (MLF) kreditləri üzrə faiz dərəcəsini 2,65 faizdən 2,50 faizə endirib. Bu, 2020-ci ildən bəri ən böyük faiz endirimi idi.
PBOC həmçinin iyun ayında faiz dərəcələrini 10 əsas bənd aşağı salıb. İqtisadçılar faiz dərəcələrinin sabit qalacağını proqnozlaşdırıblar.
Mərkəzi bank həmçinin yeddi günlük tərs repo vasitəsilə 204 milyard yuanlıq tərs repo əməliyyatı həyata keçirərək borclanma xərclərini 1,9 faizdən 1,8 faizə endirib.
