Çinin Kiberməkan Məsələləri üzrə İdarəsi aparıcı kompüter avadanlığı istehsalçılarına ABŞ-ın ən iri yaddaş çipləri istehsalçısı olan “Micron Technology” şirkətinin məhsullarını almağı qadağan edib.
İndex.az xəbər verir ki. bu barədə “MarketWatch” məlumat yayıb.
Bildirilib ki, qadağa kritik informasiya infrastrukturunun operatorlarına şamil edilir. Agentlik qadağanı “Micron” çiplərinin “şəbəkə təhlükəsizliyi üçün ciddi risklər” yaratdığı ilə izah edib.
Bundan əvvəl, ABŞ, Avropa və Yaponiya hakimiyyət orqanları Çinin hərbi sənayedə istifadə oluna bilən qabaqcıl mikroçiplərə və digər texnologiyalara çıxışını məhdudlaşdırmaq üçün bir sıra tədbirlər həyata keçirib.
“MarketWatch” qeyd edir ki, Çin şirkətləri ildə təqribən 300 milyard dollar dəyərində çip idxal etdiyinə və bu məbləği yerli istehsalla əvəz edə bilməyəcəyinə görə Pekinin reaksiyası təmkinli olub.
