"Wall Street Journal" qəzeti keçən həftə yazıb ki, Çin səlahiyyətliləri casusluq riskindən qorunmaq üçün bəzi dövlət qulluqçularına "iPhone"dan peşəkar məqsədlər üçün istifadə etməyi qadağan edib.

İndex.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning çərşənbə günü mətbuata açıqlamasında Çinin xarici markalı telefonların, o cümlədən "iPhone"ların alınmasını və ya istifadəsini qadağan edən heç bir qanun, qayda və ya direktiv olmadığını deyib.

Sözçüsü Ning əlavə edib ki, Çin və xarici şirkətlərə "bərabər şərtlərlə" rəftar edilir.

ABŞ ilə geosiyasi gərginliyə baxmayaraq, "Apple" məhsulları Çində populyarlığını qoruyub saxlamaqda davam edir.

"Apple"in 1993-cü ildə girdiyi Çin brendin ən böyük xarici bazarı olmaqla yanaşı, smartfon, kompüter, planşet və elektron aksesuarlarının əsas istehsal mərkəzidir.