Bu ilin yanvar-aprel aylarında Çin iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,2% artaraq 499,46 milyard yuan təşkil edib.

İndex.az “Sinxua” agentliyinə istinan xəbər verir ki, bu barədə ölkənin Ticarət Nazirliyinin məlumatları təsdiq edir.

Bu arada, dollar ifadəsində bu rəqəm 3,3% azalaraq 73,5 milyard dollar olub.

Məlumata görə, istehsal sektoruna investisiyalar 4,1%, yüksək texnologiyalar sektoruna 12,8% artıb.

Yanvar-aprel aylarında Fransanın Çinə birbaşa investisiyaları 6,7 dəfə, Böyük Britaniyada 4,2 dəfə, Yaponiyada 68%, Cənubi Koreyada təxminən 31% artıb.