"iPhone 15" ailəsinin təqdimatına cəmi 4 gün qalıb. Uzun gözləmənin az qala bitdiyi bu günlərdə "Apple"ə zərbə vuracaq xəbərlər ortaya çıxıb.
İndex.az xəbər verir ki, şirkətin ən çox satış payına sahib olduğu ölkə olan Çin "iPhone 15" satışını qadağan etmək qərarına gəlib.
Çinin simsiz rabitə operatoru olan "China Mobile" şirkəti öz müştərilərinə "iPhone 15"i təklif etməyəcək.
"China Mobile"nin "iPhone 15" ailəsini satışa təqdim etməyəcəyi deyilir ki, bu da "Apple" üçün böyük narahatlıq yarada bilər, çünki Çin hazırda şirkət üçün ən vacib bazarlardan biridir.
