Çinin “Changan” şirkəti yeni hibrid krossover “Qiyuan Q05”in ilk rəsmi şəkillərini yayıb.
İndex.az Carnewschina.com saytına istinadən xəbər verir ki, model tezliklə yerli bazarda görünəcək.
Bildirilib ki, “Qiyuan A05” kompakt krossover seqmentinə aiddir. Onun uzunluğu 4539 mm, təkər bazası isə 2656 mm-dir.
Elektrik stansiyası 110 at gücünə malik 1,5 litrlik benzin mühərrikindən ibarət hibrid sistemdir. Avtomobil 190 at gücünə malik bir elektrik mühərrikə malikdir. Akkumulyatorun gücü - 9,07 kVt/saatdır.
Təkcə elektrik rejimində maksimum məsafə 60 km, hibrid rejimdə isə 1150 km-dir. 100 km-ə orta yanacaq sərfi 5,3 litrdir.
Avtomobil 17 və ya 18 düymlük təkər diskləri ilə təchiz olunub. İnteryerdə ön paneldə böyük multimedia ekranı var. Bundan əlavə, krossover smartfonlar üçün simsiz enerji doldurucu ilə təchiz edilib.
