Cənubi Koreya Şimali Koreyanın kripto hesablarını dondurmaq üçün hərəkətə keçib.

İndex.az xəbər verir ki, ölkədə Şimali Koreya hesablarını təqib edərək müdaxilə edəcək qanun layihəsi hazırlanıb.

Yerli KİV-in məlumatına görə, Cənubi Koreya prezidenti Yoon Suk Yeol qanun layihəsinin təqdim edilməzdən əvvəl ona “milli təhlükəsizliyi dəstəkləmək üçün praktiki tədbirləri” daxil etmək üçün yenidən baxılmasını əmr edib.

Bu çərçivədə Şimali Koreyanın istifadə etdiyi kriptovalyutaları və digər virtual aktivləri izləmək və dondurmaq üçün qanun layihəsinin təqdim edilməsi planlaşdırılır. Qanun layihəsi Şimali Koreyanın silah proqramlarının maliyyələşdirilməsinin qarşısını almaq məqsədi daşıyır.

KİV-in məlumatına görə, Cənubi Koreyanın dövlət qurumları planı 10 aylıq məsləhətləşmədən sonra hazırlayıb.