Cənubi Koreya kriptovalyuta birjalarının sentyabr ayından etibarən 2,3 milyon dollar ehtiyat ayırmalı olduğu bildirilir.

İndex.az xəbər verir ki, "Upbit" və "Bithumb" kimi böyük birjalar yeni tələblərə cavab vermək üçün hərəkətə keçdi. Ehtiyatlar istifadəçi aktivlərini qorumaq üçün istifadə olunacaq.

Cənubi Koreyadakı kriptovalyuta birjalarından sentyabr ayından etibarən bank hesablarında ən azı 3 milyard von (2,3 milyon dollar) saxlaması tələb olunacaq. Qeyd olunub ki, birjalar kripto sektoru üçün yeni qaydaları tətbiq etməyə hazırlaşır.