“Tesla” şirkətinin qurucusu və rəhbəri İlon Mask öz şirkətinin səhmlərinin azalması səbəbindən dünyanın ən varlı adamları siyahısında birinci yeri itirib.
İndex.az xəbər verir ki, bu barədə “MarketWatch” nəşri yazır.
Nəşr iddia edir ki, reytinqdə 2021-ci ilin sonundan bəri ilk dəfə lider Amazon.com Inc onlayn pərakəndə satış şirkətinin yaradıcısı və keçmiş rəhbəri Ceff Bezos olub. Onun sərvəti 200 milyard dollar qiymətləndirilir.
İ. Mask 198 milyard dollarla ikinci, LVMH-nin rəhbəri, fransalı Bernard Arno isə 197 milyard dollar sərvəti ilə üçüncü yerdədir.
2024-cü ildə Maskın sərvəti 31 milyard dollar azalıb. C. Bezos isə “Amazon”un təxminən 8 milyard dollar dəyərində 50 milyon səhmini satmasına baxmayaraq, 23,4 milyard dollar varlanıb. O, hələ də şirkətin səhmlərinin təxminən 9%-nə sahibdir.
