Pensiya məbləğində bu il üçün 10.8 % indeksləşmə gözlənilir.
İndex.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov qurumun 2023-cü il üzrə hesabat tədbirində deyib.
Onun sözlərinə görə, Dövlət Statistika Komitəsi fevralın əvvəli üçün lazımi məlumatı fonda təqdim etməlidir: "Qərar qəbul ediləcəyi təqdirdə gələn ay iki ayın məbləği birgə pensiyanın üzərinə əlavə olunaraq vətəndaşlara ödəniləcək".
