Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 20 mindən çox çinli ziyarətçi qəbul edib.

İndex.az bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 dəfə çoxdur.

2023-cü ilin dekabr ayında iki ölkə arasında yeni birbaşa reyslərin açılmasından sonra Dövlət Turizm Agentliyi Çindən olan turistlərin sayının artacağını proqnozlaşdıraraq fəal tədbirlər həyata keçirib.

Qeyd edək ki, hazırda Çinlə həftədə həftədə 2 dəfə olmaqla birbaşa uçuşlar həyata keçirilir.