Bu ilin yanvar-may aylarında “Azərenerji” ASC 313,8 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
İndex.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyun sayında qeyd edilir.
Məlumata görə, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 279 milyon ABŞ dolları və ya 9,02 dəfə çoxdur.
Xatırladaq ki, 2022-ci ilin yanvar-may aylarında “Azərenerji” ASC 34,8 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
Qeyd edək ki, 5 ay ərzində Azərbaycanın ümumi ixracı 16,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 1,5 milyard ABŞ dolları təşkil edib.
