Bu ilin yanvar-may ayları ərzində Azərbaycan vətəndaşları Türkiyədə 336 mənzil alıblar.
İndex.az bu barədə Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə 235 mənzil və ya 41,2 % azdır.
Təkcə may ayında isə Azərbaycan vətəndaşları qardaş ölkədə isə 75 mənzil alıb. Bu da 2022-ci ilin may ayının göstəriciləri ilə müqayisədə 43 mənzil və ya 36,4 % azdır.
Qeyd edək ki, bu ilin ilk 5 ayı ərzində Türkiyədə xarici vətəndaşlara 16 779, ötən ay isə 3 183 mənzil satılıb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 38 % və 47,2 % azdır.
Bu ilin 5 ayında Türkiyədə ən çox mənzil alanlar Rusiya vətəndaşları olub. Növbəti yerdə İran vətəndaşları qərarlaşıb. İlk 3-lüyü İraq vətəndaşları tamamlayıb. Ukrayna və Qazaxıstan vətəndaşları isə 4-cü və 5-ci yerlərdə yer tutublar.
