Bu ilin yanvar-iyul aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 15 milyon 540 min 323,64 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.
İndex.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 9 milyard 444 milyon 800,48 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-iyul aylarında ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin yanvar-iyul aylarının göstəriciləri ilə müqayisədə 5,3 %, dəyəri isə 23,8 % azdır.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 30 milyard 333 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 7 aylıq xarici ticarət dövriyyəsinin 20 milyard 777 milyon ABŞ dolları ixracın, 9 milyard 556 milyon ABŞ dolları isə idxalın payına düşüb.
