Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 1 182 kq qızıl, 2 385,4 kq gümüş istehsal edilib.
İndex.az Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, qızıl istehsalı 2022-ci ilin yanvar-iyul aylarının göstəricisindən 29,6 %, gümüş istehsalı 42,5 % az olub.
Ötən aylar ərzində Azərbaycanda mis konsentratının istehsalı 2 086,8 ton olub ki, bu da 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 41 % çoxdur.
Bu ilin avqustun 1-nə ölkədə 143,7 kq qızıl, 194,2 kq gümüş ehtiyatı yaranıb. Mis konsentratının ehtiyatı isə bu ilin avqustun 1-nə 653 ton təşkil edib.
