Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 28 milyard 231,2 milyon kubmetr təbii qaz hasil edilib.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun 21 milyard 149 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.

Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 3,5 %, əmtəəlik qaz hasilatı isə 3,3 % artıb.

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 17 milyon 723,2 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 17 milyon 673 min tonu əmtəəlik xam neftin payına düşüb.

Hesabat dövründə neft hasilatı daha əvvəlki 2022-ci ilin 7 ayı ilə müqayisədə 7,7 % (əmtəəlik neftin həcmləri isə 7,7 %) azdır.