Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 387,4 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.
İndex.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 20 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 38,7 % artıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 17 % azalıb.
Bu ilin yanvar-iyul ayında ölkədə 1 866 ədəd və ya 2022-ci ilin müvafiq ayları ilə müqayisədə 656 ədəd və yaxud 54,2 % çox minik avtomobili istehsal olunub. Bu il avqustun 1-nə ölkədə 634 ədəd hazır məhsul ehtiyatı yaranıb.
2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda 452 ədəd traktor istehsal edilib. Bu, 2022-ci ilin ilk 7 ayı ilə müqayisədə 49,2 % çoxdur. Nəticədə, bu il avqustun 1-nə ölkədə 12 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Həmçinin, bu ilin ilk 7 ayında Azərbaycanda 204 ədəd yük avtomobili istehsal edilib ki, bu da 2022-ci ilin yanvar-iyul aylarının göstəricisi ilə müqayisədə 23,6 % çoxdur. Nəticədə, bu il avqustun 1-nə ölkədə 9 ədəd hazır məhsul ehtiyatı yaranıb.
