Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan 51 milyon 223,4 min ABŞ dolları dəyərində diri heyvanlar idxal edib.

İndex.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 21 milyon 803,12 min dollar və ya 74,1 % çoxdur.

Həmçinin, bu ilin 7 ayı ərzində Azərbaycandan xaricə 366,92 min dollar dəyərində diri heyvanlar ixrac edilib. Bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 61,03 dollar və ya 14,3 % azdır.

Xatırladaq ki, 2022-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycan xaricə 427,95 min dollar dəyərində diri heyvanlar ixrac edilib. Ötən ilin eyni dövrü ərzində isə xaricdən ölkəmizə 29 milyon 420,28 min dollar dəyərində diri heyvanlar gətirilib.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 30 milyard 333 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 7 aylıq xarici ticarət dövriyyəsinin 20 milyard 777 milyon ABŞ dolları ixracın, 9 milyard 556 milyon ABŞ dolları isə idxalın payına düşüb.