Bu ilin yanvar-noyabr aylarında Çin və Rusiya arasında ticarət dövriyyəsinin həcmi 218,17 milyard dollara çatıb.

İndex.az “İnterfax” agentliyinə istinadən xəbər verib ki. Bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsindən bildirib.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,7%çoxdur və rekord göstəricidir.

Çin gömrük statistikasının məlumatına görə, Rusiyanın Çindən idxalı illik müqayisədə 50,2% artaraq 100,33 milyard dollara çatıb. Bu dövrdə Rusiya isə Çinə 11,8% artımla 117,84 milyard dollarlıq mal ixrac edib.

2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2021-ci illə müqayisədə 29,3% artaraq 190,27 milyard dollar təşkil edib.

Bundan əvvəl Rusiya və Çin liderləri 2024-cü ilə qədər ikitərəfli ticarətin həcmini 200 milyard dollara çatdırmağı qarşıya məqsəd qoyublar.