Bu gün Xızı şəhərində qaz olmayacaq.

İndex.az “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, “Qaz İxrac” İdarəsinin sifarişi əsasında “Xızı” QPS-də nasaz vəziyyətdə olan qızdırıcı qurğunun baypas kranının işlək kranla əvəz edilməsi ilə bağlı noyabrın 13-də saat 10:00-dan 17:00-dək “Xızı” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

Qeyd olunub ki, təmir işləri aparılan müddətdə Xızı şəhəri daxil olmaqla rayonun 4 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.