Bu gün Qaradağ rayonunun Lökbatan qəsəbəsində qaz olmayacaq.
İndex.az “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, "Lökbatan” Qaz Paylayıcı Stansiyasında və “Lökbatan” Qaz Tənzimləmə Məntəqəsində görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar sentyabrın 20-də saat 09:30-dan işlər başa çatanadək adıçəkilən QPS-dən qaz təchizatı dayandırılacaq.
Təmir aparılan müddətdə Qaradağ rayonunun Lökbatan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
