Bu gün Füzuli rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
İndex.az “Azəriqaz”a istinadən xəbər verir ki, "Əhmədbəyli" ölçü qovşağından qidalanan orta təzyiqli xətt üzərində qaz tənzimləyici qurğunun quraşdırılması ilə bağlı noyabrın 21-də saat 10:00-dan işlər başa çatanadək adıçəkilən ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir-quraşdırma işləri görülən müddətdə Füzuli rayonunun 13 qəsəbəsinin və 10 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
