Bu gün Tərtər və Qax rayonlarının, həmçinin Yevlax şəhərinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə İndex.az “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilir ki, “Tərtər-2” ölçü qovşağından qidalanan orta təzyiqli yeraltı qaz kəmərində, “Qax” ölçü qovşağından qidalanan orta təzyiqli daşıyıcı qaz xəttində görüləcək təmir işləri və Yevlax şəhəri ərazisində orta təzyiqli qaz xəttinin əhali kollektoruna birləşdirilməsilə əlaqədar avqustun 22-də saat 09:00-dan qaz təchizatı dayandırılacaq.

Təmir işləri görülən müddətdə Tərtər və Qax rayonlarının, həmçinin Yevlax şəhərinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.