Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib.

İndex.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 41.4 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.

Qeyd edək ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.