"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “Rabitəbank” ASC-nin 10 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.

İndexaz Fonda istinadən xəbər verir ki, istiqrazların hər birinin nominal dəyəri 100 manat, 100 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlardır.

Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaq.

Yerləşdirmə üzrə anderrayter “Capital Partners İnvestisiya Şirkəti” QSC-dir.

Qiymətli kağızlar 2 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 9,5 %-dir. Faizlər rüblük ödəniləcək.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.