"BTB Kapital İnvestisiya Şirkəti" ASC-nin 100% səhmdarı, həm də direktoru Ruslan Cəfərov maliyyə qurumunun rəhbərliyindən gedib.

İndex.az "Report"a istinadən xəbər verir ki, o, direktor vəzifəsini indiyə qədər müavini olan Cəfər İbrahimliyə həvalə edib.

Xatırladaq ki, "BTB Kapital"ı 2018-ci ildə "Bank BTB" ASC yaradıb, ötən ay R.Cəfərova satıb. Onun nizamnamə kapitalı 350 min manatdır.