Böyük Britaniyanın tütün məhsulları istehsalçısı “British American Tobacco” şirkəti Rusiya və Belarusda biznesini satır.

İndex.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkətin yaydığı açıqlamada bildirilir.

Məlumata görə, “British American Tobacco” yerli və beynəlxalq qanunlara uyğun olaraq Rusiya və Belarus bizneslərini satmaq üçün rəsmən müqavilə imzalayıb.

Açıqlamada qeyd olunur ki, alıcı qismində “British American Tobacco Russia” şirkəti menecmentinin rəhbərlik etdiyi konsorsium olub. Müqavilənin növbəti ay ərzində imzalanacağı gözlənilir.

Biznesin satışından sonra “British American Tobacco” artıq Rusiya və Belarusda mövcud olmayacaq və davamlı satışdan qazanc əldə etməyəcək.

Qeyd edək ki, “British American Tobacco” “Dunhill”, “Kent”, “Vogue”, “Rothmans”, “Pall Mall”, “Lucky Strike”, “Yava” siqaretlərini istehsal edir. Bütün ticarət nişanları Rusiya biznesinə məxsus olacaq.