Böyük Britaniya iqtisadiyyatı 2023-cü ildə 0,6%, 2024-cü ildə isə 0,7% artacaq.
İndex.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın maliyyə naziri Ceremi Hant parlamentdə ənənəvi payız çıxışı zamanı bildirib.
Britaniya Büdcə Məsuliyyəti Ofisinin (OBR) mart ayı proqnozunda ölkənin Ümumi Daxili Məhsul istehsalının bu il 0,2% azalması, gələn il isə 1,8% artım nəzərdə tutulur. Onun 2025-ci il üçün artım proqnozu 2,5%-dən 1,4%-ə endirilib.
2026-cı ildə ölkə iqtisadiyyatın 1,9%, 2027-ci ildə 2% artacağı gözlənilir.
Həmçinin OBR 2024-2025 maliyyə ili üçün maliyyə kəsiri proqnozunu mart ayında gözlənilən 3.2%-dən ÜDM-in 3%-nə endirib.
