Misir Prezidentliyindən verilən yazılı açıqlamaya görə, prezident Əbdülfəttah əs-Sisi BP-nin baş icraçı direktoru (CEO) Bernard Luni qəbul edib. Görüşdə Misirin Böyük Britaniyanın enerji şirkəti ilə əməkdaşlığının gücləndirilməsi yolları müzakirə edilib, Sisi ölkəsinin BP ilə əməkdaşlığı daha da davam etdirmək niyyətində olduğunu vurğulayıb.

İndex.az xəbər verir ki, Sisi Misirin öz qaynaqlarından daha çox istifadə etmək üçün kəşfiyyat yolu ilə hasilatı artırmaq səylərinə diqqət çəkib.

BP-nin baş icraçı direktoru Looney həmçinin şirkətin Misirlə strateji əlaqələrinin 60 illik tarixə malik olduğuna diqqət çəkərək, Yaxın Şərqdə təbii qazın nəqli və mayeləşdirilməsi, eləcə də elektrik enerjisinin qarşılıqlı əlaqəsi sahələrində həyata keçirilən layihələrdə davamlı əməkdaşlığın vacibliyini vurğulayıb.

Looney bildirib ki, BP Misirdə tədqiqat, kəşfiyyat və inkişafa üç il ərzində təxminən 3,5 milyard dollar sərmayə qoymağı planlaşdırır. BP-nin saytındakı məlumatlara görə, şirkət hazırda Misirdə təbii qazın təxminən 60 faizini istehsal edir.

104 milyondan çox əhalisi olan Misirin daim artan enerji ehtiyacını daxildə ödəmək üçün böyük investisiyalara ehtiyacı var.