Baş nazir Sunak, bir növ ağciyər xəstəliyinə səbəb olan legionella bakteriyasının olması səbəbiylə Bibby Stockholm gəmisinin boşaldılması ilə bağlı qaçqınların təhlükəsizliyi və sağlamlığı üçün bütün testlərin aparılması lazım olduğunu söylədi.
Gəmi variantının otellərdən daha ucuz olduğunu ifadə edən Sunak, ingilis vergi ödəyicilərinin qeyri-qanuni immiqrantların ölkənin hər yerində otellərdə yerləşdirilməsi üçün gündə 5-6 milyon sterlinq ödədiyini deyib.
Otellərdə qalan qaçqınların da yerli xalqa təzyiq etdiyini bildirən Sunak, "Alternativlər tapmalıyıq və sığınacaq gəmisi də onlardan biridir. Ona görə qərarlıyıq" dedi.
Böyük Britaniya, otellərdə saxlanılan qeyri-qanuni miqrantların iqtisadiyyata təsirini azaltmaq üçün alternativ istiqamətlərə köçürmək qərarına uyğun olaraq, avqustun 7-də Bibby Stockholm gəmisinə köçürmələrə başladı.
İngiltərənin ilk etapda 39 immiqrantı gətirən gəmidə 18-65 yaş arası 500 kişi immiqrantı 18 ay ərzində daşıma planı gəmidə legionella bakteriyasının olması ilə yarımçıq qaldı.
Lövbər saldığı limanda 3 həftə sonra ilk mühacirləri qəbul etməyə başlayan Bibby Stokholm, qaçqınların gəlişindən 4 gün sonra boşaldılıb.
Səhiyyə Nazirliyi otellərə geri qaytarılan sığınacaq axtaran şəxslərdə indiyədək bakteriyaların yaratdığı legioner xəstəliyinin əlamətlərinin olmadığını açıqlayıb.
