BMW, Leypsiq şəhərciyində elektrikli avtomobillər üçün akkumulyatorlar istehsal etmək üçün bir müəssisə qurduğunu elan etdi.
İndex.az xəbər verir ki, Cənubi Karolinadakı istehsal müəssisəsinə 1,7 milyard dollar sərmayə qoyan BMW, elektrikli avtomobil sənayesində böyük oyunçular arasında olmağı hədəfləyir.
Elektrikləşdirmə strategiyasını inkişaf etdirəcəyini açıqlayan şirkət, yeni akkumulyator zavodunda tamamilə elektriklə işləyən "Mini Countryman" üçün akkumulyatorlar istehsal edəcəyini açıqladı.
Açıqlamaya görə, şirkət sərmayə qoyduğu akkumulyator qurğusunda davamlılığa da üstünlük verəcək. 3.000 kilovat (kVt) günəş panelləri və 5.700-dən çox ağacla təchiz edilmiş BMW-nin yeni qurğusu minimum karbon ayaq izini hədəf alacaq.
Obyektin birinci mərhələsi 2024-cü ilin yarısına qədər tamamlanacaq. Obyekt avtomobil istehsalçısının elektrik modelləri üçün yüksək gərginlikli akkumulyator komponentlərinin yerləşdiyi BMW-nin EV logistika obyekti kimi xidmət edəcək. Tamamilə tamamlandıqdan sonra Leypsiq bölgəsində 500 yeni iş yeri açılacaqdır.
