2023-cü ildə Azərbaycanda 3 738 ədəd və ya 2022-ci illə müqayisədə 1 689 ədəd və yaxud 82,4 % çox minik avtomobili istehsal olunub.
İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu il yanvarın 1-nə ölkədə 17 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Ötən il Azərbaycanda 662 ədəd traktor istehsal edilib. Bu, 2022-ci illə müqayisədə 12,6 % çoxdur. Nəticədə, bu il yanvarın 1-nə ölkədə 10 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Həmçinin, ötən il Azərbaycanda 799 ədəd yük avtomobili istehsal edilib ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 88,4 % çoxdur.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycanda 770,6 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.
Məlumata görə, 2022-ci illə müqayisədə maşın və avadanlıqların istehsalı 77,7 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 48,1 % artıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 4,1 % azalıb.
